Türkiyədə kütləvi iftar mərasimlərinə məhdudiyyət qoyulacaq

© Official website of President of Azerbaijan RepublicMüqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
Ərdoğan deyib ki, “qırmızı” əyalətlərdə komendant saatı yalnız bazar günləri deyil, şənbə günləri də tətbiq ediləcək. 

BAKI, 29 mart - Sputnik. “Türkiyə koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar məhdudiyyətləri yenidən sərtləşdiriləcək”.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Prezident Tayyip Ərdoğan Ankarada keçirilən mətbuat konfransında bildirib. 

Ərdoğan deyib ki, “qırmızı” əyalətlərdə komendant saatı yalnız bazar günləri deyil, şənbə günləri də tətbiq ediləcək. 

Qeyd edək ki, Türkiyədə dövlət rəsmiləri tərəfindən Ramazan ayında kütləvi iftar süfrələri ilə bağlı məhdudiyyətlərin tətbiq ediləcəyinə də qərar verilib.

Xəbər lenti
0