Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Maskalardan təkrar istifadə çox təhlükəlidir - TƏBİB

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
Parça maskaları istehsal olunduğu materiala uyğun olaraq kifayət qədər tez-tez yumaq lazımdır. Çünki maskalar öz funksiyasını yalnız müəyyən saata qədər yerinə yetirir

BAKI, 29 mart — Sputnik. Bəzi maskalardan təkrar istifadə çox təhlükəlidir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB-in məlumatında qeyd edilib.

Bildirilib ki, bir çox qoruyucu maskalar dəfələrlə istifadə üçün yararsız ola bilər: "Mütəxəssislər bildirir ki, qoruyucu maskaları heç bir başqa antiseptiklə, xlorla və ya spirtlə dezinfeksiya etmək uyğun deyil, çünki bu təmizləmə üsulu təhlükəlidir və nəticə etibarı ilə zərərli buxarla nəfəs almağa səbəb ola bilər.

Bununla yanaşı, parça maskaları istehsal olunduğu materiala uyğun olaraq kifayət qədər tez-tez yumaq lazımdır. Çünki maskalar öz funksiyasını yalnız müəyyən saata qədər yerinə yetirir".

Xəbər lenti
0