Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

“Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb” - Həkim

© Sputnik / Alexey Maishev / Mediabanka keçidПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.03.2021
Abunə olmaq
"Ona görə də bir həkim kimi tövsiyəm budur ki, karantin qaydalarına ciddi riayət edin. Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb" - Kardioloq

BAKI, 29 mart — Sputnik. COVID-19 xəstəliyi yenidən bütün dünyanı ağuşuna alaraq, sürətlə yayılmağa başlayıb. Cons Hopkins Universitetinin məlumatına görə, pandemiya ili ərzində dünyada 114,5 milyon nəfər koronavirusa yoluxub, 2,5 milyon nəfər dünyasını dəyişib.

Bu barədə Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva məlumat verib. Onun sözlərinə görə, virusun dördüncü dalğasından özümüzü qorumaq üçün gigiyenik normalara ciddi riayət etməliyik:

"Hazırda bir sıra ölkələr koronavirusun dördüncü dalğasının başlanacağı barədə bəyan ediblər. Bunlar əsasən İran, İspaniya və Çindir. Son günlər koronavirusa yoluxanların sayının Rusiyada da yüksək artımı qeydə alınıb. "Arab News" agentliyinin məlumatına görə, İran Prezidenti Həsən Ruhani hələ fevral ayının 15-də ölkəyə koronavirusun dördüncü dalğasının yaxınlaşdığı barədə bəyan edib. Onun sözlərinə görə, İranın cənub-qərbində yerləşən bir sıra şəhərlərdə koronavirus böyük sürətlə yayılır. Pandemiya dövründə İranda 1,5 milyon yoluxma halı qeyd edilib, xəstələrdən 60 min nəfəri vəfat edib. Bu ölkədə COVID-19-a görə vaksinasiya fevral ayından başlayıb".

"Honkonqda koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq edilib. Honkonq Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, şəhər xəstəliyin yeni - dördüncü dalğası ilə qarşılaşıb. İspaniyanın baş həkimi Fernando Simon da dördüncü dalğanın başlanacağını ehtimal edir. O qeyd edir ki, dördüncü dalğanın yaxınlaşması ehtimalı var, lakin onun hansı formada gələcəyi hələ də davam edən üçüncü dalğanın nəticələrindən asılı olacaq. İspaniyanın "La Razon" nəşrinin məlumatına görə, bu ölkədə yoluxmanın yeni pik nöqtəsi mayın 9-da qeydə alınacaq. Rusiyada da koronavirusdan həyatını itirənlərin sayı dördüncü dalğanın başlanmasından xəbər verir", - deyə o əlavə edib.

Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Bill Qeyts koronavirus pandemiyasının bitmə tarixini açıqladı

T.Əliyevanın sözlərinə görə, ABŞ-da koronavirusa yoluxmanın yeni sıçrayışı müşahidə olunub: "Ötən həftə gündəlik yoluxma sayı 70 min nəfər, vəfat edənlərin sayı 2 minə qədər olub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Roşel Valenski bildirib ki, aşkar olunan yeni ştamlar xalqlarımız və tərəqqimiz üçün real təhlükədir. Mütəxəssislərin fikrincə, virus artıq bir neçə dəfə mutasiya edib. Amma onun ən yoluxucu hesab edilən Britaniya, Cənubi Afrika və Braziliya ştamları daha təhlükəlidir. Amerika virusoloqları hesab edirlər ki, ABŞ yeni - dördüncü dalğanın astanasındadır və mövcud vaksinlər hələ ki bu dalğaya qarşı effektivdir. Hazırda səhiyyənin qarşısındakı əsas vəzifə vaksinasiya prosesini sürətləndirməkdir".

"Hələ ötən ay, fevralın 15-də türkiyəli həkim Şenol Atakan mutasiya olunmuş virusun səbəb olduğu yoluxma sayının artması ilə mart ayında yenidən alovlanma ola biləcəyindən narahatlığını bildirmişdi. O, mutant virusun daha yoluxucu və müqavimətli olduğunu açıqlamışdı. Şenol Atakan yenə də gigiyena, məsafə və maska qaydalarına ciddi əməl etmək lazım olduğunu vurğulamışdı", - deyə o əlavə edib.

Mütəxəssis bildirir ki, türkiyəli həkimin dedikləri özünü doğrultdu: "Ona görə də bir həkim kimi tövsiyəm budur ki, karantin qaydalarına ciddi riayət edin. Koronavirusun dördüncü dalğasından heç bir ölkə sığortalanmayıb. Vaxtında peyvənd olunmaq sizi virusdan qoruyacaq yeganə effektiv vasitədir. Gigiyenik qaydalara riayət etməklə və peyvənd olunmaqla özünüzü və əzizlərinizi bu təhlükəli xəstəlikdən - COVID-19-dan qoruya bilərsiniz".

Xəbər lenti
0