BAKI, 29 mart — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun "Asiyanın Ürəyi – İstanbul Prosesi" 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.