CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad olunmuş bölgələrdə muzey yaratsaq, əlimizdə çox az eksponat var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidXocavənd rayonu
Xocavənd rayonu - Sputnik Azərbaycan, 1920, 28.03.2021
Abunə olmaq
Həmsöhbətimizin dediyinə görə, ermənilər digər mədəniyyət nümunələrimizi öz adlarına çıxdıqları kimi, geyimlərimizi də "özəlləşdirib"lər.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Qarabağ bütün dövrlərdə Azərbaycan mədəniyyətinin beşiyi sayılıb. Qarabağın mədəniyyət tarixini oradakı abidələrlə yanaşı, geyimlərinə nəzərə yetirməklə də öyrənmək olar. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulova Mədəniyyətimizin qaynağı sayılan Qarabağın etnoqrafiyasından Sputnik Azərbaycan-a danışıb: "Qarabağ mədəniyyətlərin qovşağında yerləşir. Bir tərəfdən zəngin mədəniyyətə malik Təbriz, bir tərəfdən də İpək yolunun üzərində idi. Qarabağın o dönəmlərdə Rusiya, Türkiyə Avropa və Şərq ölkələri ilə əlaqələri var idi. Bu da mədəniyyətin daha da inkişafına zəmin yaradırdı. XIX əsrdə Şuşa Tiflisdən sonra ən inkişaf etmiş şəhər idi. Xanlıqlar içərisində də Qarabağ xanlığı ən inkişaf etmiş yer idi. Qarabağdan xarici ölkələrə təhsil almağa gedənlərin sayı digər bölgələrə baxanda çox idi. Gənclər gedirdi Avropada, Türkiyədə, Rusiyada təhsil alırdılar, geri qayıdanda artıq milli geyimdə yox, təhsil aldıqları ölkələrin geyimi ilə qayıdırlar".

© Sputnik / Shahperi Abbasova Qarabağlı xanım milli geyimdə
İşğaldan azad olunmuş bölgələrdə muzey yaratsaq, əlimizdə çox az eksponat var - Sputnik Azərbaycan, 1920, 28.03.2021
Qarabağlı xanım milli geyimdə

"Geyimlər hər bir xalqın mədəniyyətindən, yaşayış tərzindən, milli mənsubiyyətindən xəbər verir" deyən etnoqrafın sözlərinə görə, Qarabağ əhalisi başqa bölgələrə müqayisədə milli geyimi daha tez tərk eləmişdilər: "Məsələn, arxalıq adlı geyim var idi. Bakı, Şəki, Gəncə və s. şəhərlərdə bu geyim olduğu kimi qalmışdı, amma Qarabağda bu geyimə Avropa elementləri əlavə olunmuşdu. Qarabağ arxalığında Osmanlı sarayının elementləri də var idi. Türkiyədə "Lalə dövrü"nə məxsus zanbaq yaxalı arxalıqlar ilk dəfə Qarabağda tətbiq olunub. Qarabağ arxalıqlarının belində xüsusi quzu qabırğasından oyuqlar tikirdilər ki, o da karseti əvəz edirdi. Qadın bədənini şax saxlayırdı. Başqa bölgənin arxalığında bu yox idi".

© Sputnik / Shahperi AbbasovaMehmandarovlar nəslinə aid
İşğaldan azad olunmuş bölgələrdə muzey yaratsaq, əlimizdə çox az eksponat var - Sputnik Azərbaycan, 1920, 28.03.2021
Mehmandarovlar nəslinə aid

Gülzadə xanım təəssüflə qeyd edir ki, Qarabağın işğal olunması onun etnoqrafiyasını öyrənməyə çox böyük zərər vurub: "Emalatxanalar, muzeylər, sənətkarlıq dükanları hamısı məhv oldu. Qədimdən gələn sənət ənənələri var idi, hansı ki o qorunub saxlanılırdı, hamısı yerlərlə-yeksan oldu. İnsanlar pərən-pərən oldu. İnsanların əksəriyyəti canlarını götürüb qaçmışdılar. Etnoqrafik araşdırmalar üçün gedirdik qaçqınların yaşadığı yerlərə. Oradan da çox az bilgi toplaya bilirdik. Qarabağın işğalı bütövlükdə tarix eliminə, mədəniyyətimizə çox böyük, ağır bir zərbə vurdu. Çox çətinliklə də olsa nələrsə elədik. Amma çox azdır. Sabah Şuşada və ya digər işğaldan azad olunmuş bölgələrimizdə muzey yaratsaq, əlimizdə çox az eksponat var".

© Sputnik / Shahperi AbbasovaQarabağ baharısı
İşğaldan azad olunmuş bölgələrdə muzey yaratsaq, əlimizdə çox az eksponat var - Sputnik Azərbaycan, 1920, 28.03.2021
Qarabağ baharısı

Həmsöhbətimizin dediyinə görə, ermənilər digər mədəniyyət nümunələrimizi öz adlarına çıxdıqları kimi, geyimlərimizi də "özəlləşdirib"lər: "Ermənilərin özlərinin heç bir mədəniyyəti - geyim, sənətkarlıq, tarixi abidələr və s. olmadığına görə, harada ki məskunlaşıblar, oranın mədəniyyətini öyrəniblər. Və utanmadan özününkiləşdiriblər. Hansı ərazidə yaşayııblarsa, oranın milli geyimini öz adlarına çıxıblar. Ona görə də onlar o qədər "milli geyim"lərini sərgiləyirlər ki, adam məəttəl qalır ki, axı bu Türkiyəyə, İrana, Azərbaycana məxsusdur. Hələ utanmadan sərgilərini təşkil edirlər. İnternet vasitəsi ilə yayırlar. Geyimlərdən bir az anlayışı olan insanlar, o saat həmin şeyin yalan olduğunun fərqinə varır".

© Sputnik / Shahperi Abbasova
 Qarabağa məxsus çəpkən - Sputnik Azərbaycan
1/3
© Sputnik / Shahperi Abbasova
Qarabağ geyimləri - Sputnik Azərbaycan
2/3
© Sputnik / Shahperi Abbasova
Qarabağ geyimləri - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Müsahibimiz əlavə edir ki, bu barədə ən çox uduzan bizik: "Çünki, baxırıq ki, geyim Qarabağa aiddir, sübut da edə bilmirik. Yevgeni Babayan adlı müəllifləri özü də təsdiq edib ki, "ermənilər Qarabağa köçəndən sonra öz köhnə paltarlarından imtina edib, Qarabağın dəbdəbəli geyimlərinə müraciət ediblər. Onların Qarabağ geyimlərindən fərqləndirən yeganə cəhət yaşmaqdır. Erməni qadınları yaşmaqlanırdılar. Ermənilər ona "pati" və ya "başlıq" deyirlər. Həmin geyim də onlara Midiyadan keçmiş geyim növüdür. Strabon da məlumat verir ki, ermənilərin və farsların bütün ənənələrinin "atası" midiyalılardır. Qarabağ qadınları isə üzüaçıq gəzirdilər. Naməhrəm görəndə kəlağayı ilə yaşmaqlanırdılar. Amma bütövlükdə Qarabağ qadınları azad yaşayıblar. Çadra örtməyiblər, üzlərinə rübənd salmayıblar".

Xəbər lenti
0