SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan istefa verəcəyi tarixi açıqlayıb

© © Photolure via REUTERSПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.03.2021
Abunə olmaq
Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini demişdi.

BAKI, 28 mart - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkənin Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib.

APA bildirir ki, Paşinyan görüşdə belə deyib:

“Bəli, yaxın gələcəkdə, aprel ayında, erkən seçkilərin baş tutması üçün istefa verəcəm, amma bu mənim getməyim deyil. Bu müddət ərzində baş nazir vəzifəsini icra edəcəyəm".

Qeyd edək ki, Ermənistan qanunlarına görə, parlament hazırkı hökumət başçısının istefasından sonra onu iki dəfə baş nazir seçməsə, növbədənkənar seçkilər təyin ediləcək. Bu vəziyyətdə Paşinyan baş nazir vəzifəsini davam etdirəcək. Bundan əvvəl isə o, ölkədə növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini demişdi.

Xəbər lenti
0