“İdxalçılara güzəşt tətbiq edilsə, avtomobil parkımız yetərincə yenilənəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai televiziyaya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
Ekspert bildirib ki, yeni avtomobillərin gətirilməsi bir neçə aspektdən əhəmiyyət daşıyır:
“Bu qəzaların azalması, ya da hər hansı qəza baş verərsə, ölüm və xəsarət alma riskinin azalması deməkdir. Bu gün ölkəmizə gətirilən hibrid avtomobillərin əksəriyyəti ABŞ-da, Yaponiyada və başqa ölkələrdə qəzaya, sunamiyə düşmüş, şüalanmaya məruz qalmışdır. Belə avtomobillər sürücülərimizə böyük əziyyət verir”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Azərbaycanda Xarici Ticarətin Gömrük Statistikası” adlı konfransdakı çıxışında Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələrin müzakirə olunduğunu bildirmişdi.
Elməddin Muradlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz