BAKI, 25 mart - Sputnik. Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində "Milli ön" ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H. Quluzadə və F. Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.