Vərəmə yoluxmada azalma əslində bir faciədən xəbər verir

© AFP 2024 / DANIEL JANINРентген легких, фото из архива
Рентген легких, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.03.2021
Abunə olmaq
"Deadly Divide" hesabatına görə, vəziyyət bu cür davam edərsə, bununla biz 8 il öncəki rəqəmlərə geri dönəcəyik. Yəni, vərəmdən ölüm halları nə qədər idisə, elə də olacaq" - Pərvanə Vəliyeva.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. "Vərəmlə mübarizədə bir müvəqqəti azalma müşahidə edirik. Bunun da səbəbi əslində aşkarlanmanın azalmasıdır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva 24 mart Vərəmlə Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən tədbirdə deyib.

"Sosial təcrid dövründə insanlar tibb müəssisələrinə üz tutmaqdan çəkindilər. Bu və bu kimi amillər nəticəsində insanlar vaxtında tibb müəssisələrinə müraciət etmədilər, nəticədə nəinki Azərbaycanda, eləcə də bütün dünyada vərəmin aşkarlanması faktı azaldı".

O bildirib ki, hazırda lazımi addımlar atılmasa, yəni vərəmin vaxtında aşkarlanması baş tutmasa, biz vərəmlə mübarizədə 8 il geriyə getmiş olacağıq:

"Deadly Divide" hesabatına görə, vəziyyət bu cür davam edərsə, bununla biz 8 il öncəki rəqəmlərə geri dönəcəyik. Yəni, vərəmdən ölüm halları nə qədər idisə, elə də olacaq".

Qeyd edək ki bu gün Beynəlxalq Vərəmlə Mübarizə Günüdür.

Xəbər lenti
0