BAKI, 24 mart - Sputnik. Polis Azərbaycanın 3 rayonda əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilən əməliyyatlar nəticəsində Qusar rayonu Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng, Hacıqabul rayonunun 2-ci Udulu kənd sakini N.Yəhyayevdən 1 ədəd “TOZ-16” markalı tüfəng, Sabirabad rayon sakini V.Qurbanovdan isə 1 ədəd ov tüfəngi götürülüb.
Hər üç faktla bağlı araşdırma aparılır.