Azərbaycanda karantin rejimi yumşalmağa başlayan kimi inşaat şirkətlərinə daha çox müraciət daxil oldu və əmlak bazarı aktivləşdi. Daşınmaz əmlak mütəxəssisi Elnur Azadovun sözlərinə görə, ölkədə karantin tədbirlərinin yumşaldılması və vaksinasiya prosesinin başlanması əmlak bazarında sabitləşməyə gətirib çıxarıb.
“Bakıda və Abşeronda, eləcə də, böyük şəhərlərdə torpaq sahələrinə tələb kəskin şəkildə artdı. Gözlənilmədən villalara və onların icarəsinə yüksək tələbat meydana çıxdı. Qiymətlər 2-2,5 dəfə çoxaldı ki, son 20 ildə Azərbaycanda bu cür hadisə baş verməmişdi. Tələbələrin daha çox olduğu Bakı, Sumqayıt və Gəncədə isə mənzillərin qiyməti 20-30% aşağı düşdü", – deyə Azadov vurğulayıb.
Əmlak bazarındakı qiymətlərə gəlincə, ekspert qeyd edib ki, artım nəzərə çarpır və bəzi layihələr indi köhnələrdən daha bahadır.