BAKI, 23 mart - Sputnik. Rusiya Türkiyəyə İdlib və Hələbdə bir neçə keçid məntəqəsinin işini bərpa etmək barədə təklif göndərib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Suriyada Münaqişə Tərəflərinin Barışdırılması Mərkəzinin rəhbərinin müavini, kontr-admiral Aleksandr Karpov deyib.
"Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan Suriya ərazilərində ağır humanitar şəraitlə əlaqədar olaraq Rusiyanın Münaqişə Tərəflərinin Barışdırılması Mərkəzi Türkiyə tərəfinə İdlib deeskalasiya zonasında "Serakab", "Miznaz", Hələb vilayətindəki Əl-Bab yaşayış yerində isə "Əbu-Zeydin" keçid məntəqələrinin işini bərpa etməsi barədə təklif göpndərib", - Karpov deyib.
Karpovun sözlərinə görə, humanitar yüklərin göndərilməsi və qaçqınların ərazidən çıxarılmasını martın 25-dən etibarən təşkil etmək təklif olunur.