BAKI, 23 mart - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Qumlaq kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan görüntüləri təqdim edir.
Araz sahilində, Xudafərin körpüsünün yaxınlığılnda yerləşən kənd 1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 19-da Azərbaycan əsgəri Qumlağı erməni işğalçılarından təmizlədi. 11 gün sonra, oktyabrın 30-da isə "Qumlaq" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldıldı və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başladı.