BAKI, 23 mart - Sputnik. Müğənni Ülvi Qılınc koronavirusa yoluxub.
Sputnik Azərbaycan lent.az-a istinadən bildirir ki, bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, Ülvinin vəziyyəti ağırdır. Ü.Qılınc hazırda evdə izolyasiya olunur və müalicəsi davam edir.
Ülvi Qılıncdan başqa daha bir müğənni, Sevda Kazımova da koronavirusa yoluxub. Bu barədə lent.az-a ifaçının özü bildirib: "Hazırda xəstəxanadayam. Xəstəliyi ağır formasından tutmuşam. Həkimlər çox sağ olsunlar, mənə yaxşı nəzarət edirlər. Dualarınıza ehtiyacım var. İnşallah, ümid edirəm ki, bu xəstəliyə qalib gələrəm. Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim".