CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın hərb siyasətini dəyişən döyüşün ünvanı: Hadrutdan reportaj - FOTO

© Sputnik / Emin AlisahibHadrut qəsəbəsinə mənzərə
Hadrut qəsəbəsinə mənzərə - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Abunə olmaq
Azərbaycan bayrağının qürurla dalğalandığı Xocavənd rayonunun Hadrut qəsəbəsi. Martın 15-də ölkə başçımız İlham Əliyev məhz bu ərazidə, qəsəbənin mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Yolumuz xeyli uzaqdır. Xocavənd rayonunun Hadrut qəsəbəsinə gedirik. Xeyli vaxt sonra ətrafda dağlar görünür. Deyəsən, gəlib çatmışıq. Bu da Xocavənd rayonunun Hadrut qəsəbəsi…

Xocavənd rayon Səlakətin kənd tam orta məktəbinin tarix müəllimi Anar İbrahimov da bizimlədir. O deyir ki, Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Qarabağın azad edilməsi kimi qiymətləndirilir. “Bu ərazi Qarabağın dilbər güşələrindən biri olan və Dağlıq Qarabağın  giriş qapısı hesab edilən Hadrut qəsəbəsidir. Hadrut qəsəbəsi həm də ermənilərdə olan torpaqlarımızın  işğaldan azad edilməsi ilə bağlı da strateji baxımdan önəmli bir ərazi idi”.

© Sputnik / Emin AlisahibXocavənd rayon Səlakətin kənd tam orta məktəbinin tarix müəllimi  Anar İbrahimov
Dünyanın hərb siyasətini dəyişən döyüşün ünvanı: Hadrutdan reportaj - FOTO - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Xocavənd rayon Səlakətin kənd tam orta məktəbinin tarix müəllimi  Anar İbrahimov

Vaxtı ilə, xanlıqlar dövründə XVIII yüzillikdə Dizaq məlikliyinin mərkəzi olan, qədim tarixli bu yurdun evlərinin damında hələ də qar var. Yollar, cığırlar bizi Hadrutun içərilərinə aparır. Sinəsi dağlı, yaralı yollar. Otuz ilə yaxın bir vaxtda bir dəfə də olsun nə çınqıl tökülüb, nə də asfalt vurulub. Ermənilər vaxt itirmədən bu yurdu talan ediblər. Məcburi köçkünlərin qayıtmaq istədiyi yurdda az-az yerli sakinlər gözə dəyir. Özü də əllərində bir yığın sənədlə…

Qəhrəman Həsənov deyir ki, o burada dünyaya göz açıb. “Hadrutda doğulmuşam. Atamın 100 yaşı olacaq. (Əlindəki sənədi göstərərək) Burada nə yazılıb? Burada Azərbaycan Respublikası, Xocavənd rayonu yazılıb. Bu bizim Vətəndir! Mən sübut etmək istəyirəm ki, burada erməni yaşamayıb, bura qədimdən elə azərbaycanlıların yurdudur”. 

1992-ci il oktyabrın 2-də işğal edilən Hadrut qəsəbəsi Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 28 il sonra, 2020-ci il oktyabr 9-da düşməndən azad olunub. Yol alırıq vaxtı ilə burada fəaliyyət göstərmiş idarə və müəssisə binalarına. Keçmiş Hadrut rayon Partiya komitəsinin binasına çatırıq.

© Sputnik / Emin AlisahibHadrut partiya komitəsinin binası
Hadrut Partiya Komitəsinin binası - Sputnik Azərbaycan
1/5
Hadrut partiya komitəsinin binası
2/5
Hadrut qəsəbəsinə mənzərə
3/5
Hadrut qəsəbəsinə mənzərə
4/5
5/5
Qəhrəman Həsənovun doğum haqqında şəhadətnaməsi
1/5
Hadrut partiya komitəsinin binası
2/5
Hadrut qəsəbəsinə mənzərə
3/5
Hadrut qəsəbəsinə mənzərə
4/5
5/5
Qəhrəman Həsənovun doğum haqqında şəhadətnaməsi

Anar İbrahimov deyir ki, bu bina yalnız işğala qədər partiya binası kimi fəaliyyət göstərib. “İşğaldan sonra həmin bu bina ermənilər tərəfindən icra hakimiyyətinin binası kimi istifadə edilib”.

Xocavənd rayon Axullu kənd sakini olan Qəhrəman Həsənov isə rayon partiya komitəsinin binasına işğaldan əvvəl vaxtaşırı tədbirlərə  gəldiyini bildirir. “Mən 1985-ci ilə qədər buraya iclasa gəlmişəm. Bu bizim rayonumuzdur. Sənədləri də gətirmişəm. Mən Hadrut rayonunda anadan olmuşam. Mənim atam da Hadrutda anadan olub. Mənim uşaqlarım da Hadrutda  doğulublar. Burada azərbaycanlılar yaşayıblar. Ermənilər buraya sonradan köçmədirlər. Cənab prezident düz deyir. Burada ermənilər yaşamayıblar. Ona görə də onlar qaçıb, çıxıb getdilər”.

Q.Həsənov Hadruta axırıncı dəfə 32 il əvvəl gəldiyini bildirir. “Axırıncı dəfə mən Hadruta 1988-ci ildə gəlmişəm. Ondan sonra bizi Hadruta buraxmayıblar. 32 ildir ki, buranın həsrətini çəkirdik. Bu həsrətimizə cənab prezident, ali baş komandan son qoydu. Ona minnətdarıq”.

© Sputnik / Emin AlisahibHadrutda binada Azərbaycan bayrağı
Dünyanın hərb siyasətini dəyişən döyüşün ünvanı: Hadrutdan reportaj - FOTO - Sputnik Azərbaycan, 1920, 22.03.2021
Hadrutda binada Azərbaycan bayrağı

I Qarabağ döyüşlərinin iştirakçısı, o dövrdə könüllülərdən ibarət özünümüdafiə batalyonunun komandiri olan Qəhrəman Həsənov onu da əlavə edir ki, Hadrut döyüşləri dünyaya təcrübə qazandıra biləcək bir döyüş olub. Hadrutun təkcə el-oba kimi geri alınmasını yox, həm də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini deyir. “Hadrutun alınması Qarabağın alınması deməkdir. Çox əhəmiyyətli idi. Hadrut döyüşü dünyaya müharibə sisteminin dəyişməli olduğunu sübut etdi. Azərbaycan bəyan etdi ki, bütün müharibə sistemini dəyişmək lazımdır. Hadrutun alınması Şuşanın alınması demək idi. Bu müharibə Hadrutdan, dağlardan başladı. Onlar inanmırdılar ki, biz buraya girə bilərik. Amma hərbi cəhətdən o qədər qüvvətlənmişdik ki, biz buranı, sonra da Şuşanı azad etdik. Biz bütün dünyaya həm iqtisadi, həm siyası, həm də hərbi cəhətdən sübut etdik ki, bura Azərbaycanındır”.

Bütün bu gördüklərimiz - hər abidə, hər küçə, hər kənd, hər şəhər Azərbaycanın qədim tarixidir və azərbaycanlılara məxsusdur. Tuğ da, Hadrut da, Azıx da. Ümumilikdə Qarabağ Azərbaycandır!

Xəbər lenti
0