BAKI, 22 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Çardaqlı kəndindən videogörüntülər yayıb. Sputnik Azərbaycan kadrları təqdim edir.
Çardaqlı kəndi dağətəyi ərazidə, rayon mərkəzindən 10 km aralıda yerləşir. Yaşayış məntəqəsi həmin Qubadlı ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Yerli əhalinin verdiyi məlumata görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır.