BAKI, 22 mart - Sputnik. Avropa İttifaqı insan hüquqlarının pozulmasına görə dünya üzrə 11 şəxsə və 4 təşkilata qarşı sanksiya tətbiq edir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə qurumun bəyanatında deyilir. Səbəblərdən biri "Çeçenistanda LGBT nümayəndələrinin sıxışdırılması" göstərilir. Rusiyadan 2 nəfər qeyd olunan səbəbə görə Aİ-nin sanksiya siyahısına düşüb.
Həmçinin Aİ-nin Myanmadan olan 11 nəfərə qarşı da sanksiya tətbiq etdiyi bildirilir. Bunlar sırasında ali hərbi komandanlığın üzvləri və seçki komissiyasının yeni sədri də var.