CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcü rəhbərlərdən azərbaycanlılara təbrik: "Bizi bir Vətən birləşdirir"

© Sputnik / Murad OrujovСэмэни
Сэмэни - Sputnik Azərbaycan, 1920, 21.03.2021
Abunə olmaq
"İnanıram ki, birgə səylərimizlə pandemiyaya qalib gələcəyik və bundan sonra gözəl Novruzun bayram edilməsi ənənəsi hər zaman Gürcüstan baharını rövnəqləndirəcək" - Salome Zurabişvili

BAKI, 21 mart - Sputnik. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsində yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. 

Sputnik Gürcüstan xəbər verir ki, baş nazir Facebook hesabında paylaşdığı təbrikdə Novruz bayramının yeni ilin, yeni həyatın başlanğıcı olduğunu qeyd edib:

"Novruz - bahar bayramı və müsəlmanların Günəş təqvimi ilə martın 20-21-nə təsadüf edən gecə-gündüz bərabərliyi ilə üst-üstə düşən yeni ilin gəlişidir. Gürcüstanda bayram tədbirləri keçirilir. Bu bayram əhalisinin əksərityyətini etnik azərbaycanlılar təşkil edən Kvemo-Kartli regionunda daha geniş qeyd olunur. Bizim azərbaycanlı vətəndaşlarımızı yeni ilin, yeni həyatın rəmzi olan bu gözəl bahar bayramı - Novruz münasibətilə təbrik edirəm. Hər birinə sülh, xoşbəxtlik, inkişaf və çiçəklənmə arzulayıram".

Gürcüstan Prezidenti Salome Zurabişvili də etnik azərbaycanlıları təbrik edib.

"Bu gün təbiətin oyanışını, yeni enerjiylə dolmasını simvolizə edən, daha yaxşı gələcəyə ümidlərlə dolu bahar bayramı - Novruzdur. Gürcüstanda Novruzun qeyd olunması əsrlərə dayanır. Bu, gürcü mədəniyyəti və ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir. Təəssüf ki, pandemiya ilə əlaqədar bu il də bu qədim bayramı qeyd edə bilmirik. İnanıram ki, birgə səylərimizlə pandemiyaya qalib gələcəyik və bundan sonra gözəl Novruzun bayram edilməsi ənənəsi hər zaman Gürcüstan baharını rövnəqləndirəcək", - Prezident qeyd edib. 

Novruz süfrəsinə ukraynasayağı səbzi-plov – video - Sputnik Azərbaycan, 1920, 20.03.2021
VİDEO
Novruz süfrəsinə ukraynasayağı səbzi-plov – video

Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze də azərbaycanlılara xoş sözlərini ünvanlayıb: "Gürcüstan Parlamenti adından bizim azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Bizi bir Vətən və əsrlər boyu birgəyaşayış birləşdirir. Bahar, ümid və yenilənmə bayramınız mübarək! Sağlamlıq, bərəkət və uğurlar arzulayıram!"

Qeyd edək ki, cümə günü İdarələrarası Koordinasiya Şurası bayram vaxtı komendant saatının götürülməməsinə qərar verib. Ölkədə epidemioloji situasiya ilə əlaqədar olaraq maska taxılması, 21:00-05:00 arası komendant saatı, eləcə də kütləvi tədbirlərin keçirilməsinə qadağa hələ bir müddət də qüvvədə qalacaq.

Xəbər lenti
0