BAKI, 20 mart — Sputnik. Müğənni Nura Suri "Düşünürdüm" adlı mahnısını ekranlaşdırıb. Sputnik Azərbaycan xəbər verir ki, sənətçi mahnı üçün əvvəlcə rəqqaslarla iki gün kamera qarşısına keçsə də, texniki problemlər səbəbilə onların çəkildiyi kadrlar istifadə edilə bilməyib.
N.Suri yenidən başqa bir rejissora klip çəkdirməli olub. Mahnını Hüseyn Qəribov ekranlaşdırıb. Müğənni klip zamanı bir neçə obrazda obyektivlər qarşısına keçib. Modellər Əlisərdar Talıbov və Nigar Qədirlinin görüntüləri isə diqqət çəkib.
Qeyd edək ki, mahnının sözləri və musiqisi Buzzz-a, aranjmanı isə Emin Kərimə aiddir. Cazibədar müğənni sözügedən klipi özünün YouTube səhifəsində paylaşıb.