Filippində “Sputnik-V” peyvəndinin istifadəsinə icazə verildi

© AP Photo / Risto BozovicВакцина Sputnik V, фото из архива
Вакцина Sputnik V, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Bir müddət əvvəl bu Cənubi-Şərqi Asiya ölkəsində Pfizer və AstraZeneca, habelə Çin istehsalı olan Sinovac preparatlarının istifadəsinə icazə verilmişdi.

BAKI, 19 mart — Sputnik. Filippin hökuməti koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik-V” peyvəndinin təcili hallarda istifadəsinə dair müsbət qərar qəbul edib.

Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bir müddət əvvəl bu Cənubi-Şərqi Asiya ölkəsində Pfizer və AstraZeneca, habelə Çin istehsalı olan Sinovac preparatlarının istifadəsinə icazə verilmişdi.

“Ekspertlərimiz hazırda əlçatan olan bütün, həm nəşr olunmuş, həm də nəşr olunmamış məlumatları diqqətlə təhlil etdikdən sonra Dərman preparatları və yeyinti məhsullarının keyfiyyətinə nəzarət idarəsi təcili hallarda “Sputnik-V” peyvəndinin istifadəsinə razılıq verib”, - deyə idarə rəhbəri Erik Dominqo brifinqdə bildirib.

Xəbər lenti
0