Ermənistanla sərhəddə DSX-nin yeni komendantlığı fəaliy­yə­tinə başlayıb - FOTOLAR

© State Border Service of Azerbaijan RepublicQubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı
Qubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Azərbaycan sərhədçisi ölkəmizin müqəddəs hüdudlarının toxunulmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcək.

BAKI, 19 mart — Sputnik. Mart ayının 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti - döyüş fəaliy­yə­tinə başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda tədbirin Vətən Müharibəsində xalqımızın haqq mübarizəsinin tarixi zəfərlə başa çat­ması, şanlı qələbənin coşqusunun yaşandığı dövrə, eləcə də milli-mənəvi irsimizin və ənənələrimizin rəmzi sayılan Novruz bayramı ərəfəsinə təsadüf etməsi xüsusi vurğulanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, o cümlədən Ermənistan Respublikası ilə dövlət sərhədinin azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə qısa müddət ərzində artıq sayca dördüncü hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının azad edilmiş dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi üçün böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.

© State Border Service of Azerbaijan Republic
Qubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı - Sputnik Azərbaycan
1/6
© State Border Service of Azerbaijan Republic
Qubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı - Sputnik Azərbaycan
2/6
© State Border Service of Azerbaijan Republic
Qubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı - Sputnik Azərbaycan
3/6
© State Border Service of Azerbaijan Republic
Qubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı - Sputnik Azərbaycan
4/6
© State Border Service of Azerbaijan Republic
Qubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı - Sputnik Azərbaycan
5/6
© State Border Service of Azerbaijan Republic
Qubadlıda Ermənistanla dövlət sərhədində yeni hərbi hissənin açılışı - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

Çıxışda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhədçisinin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apararaq dövlət maraqlarının müdafiəsini təmin etməkdən qürurlandığı, ölkəmizin müqəddəs hüdudlarının toxunulmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminlik bildirilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Mərasimdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri də iştirak edib, yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması və Novruz bayramı münasibətilə Azərbaycan sərhədçilərini təbrik edib, dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi fədakar fəaliyyətlərində xidməti müvəffəqiyyətlər arzulayıb.

Sonra mərasim iştirakçıları sərhəd komendantlığının hərbi qulluqçularının xidməti-döyüş fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Xəbər lenti
0