COVID-19-dan ölüm riskini dörd dəfə artıran amil açıqlandı

© AP Photo / Evgeniy MaloletkaБольной коронавирусом, фото из архива
Больной коронавирусом, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Tədqiqatın müəllifləri Böyük Britaniyanın "Biobank"ından götürülmüş 412 mindən çox insanın göstəricilərini təhlil ediblər.

BAKI, 19 mart — Sputnik. Yavaş yeriyən insanların sürətli yeriyənlərə nisbətən COVID-19-dan ölmə "şansı" dörd dəfə çoxdur. Bu barədə RİA Novosti "The Daily Mail"-ə istinadla məlumat yayıb. Sözügedən nəticəyə Lester Universiteti alimlərinin araşdırmasından sonra gəlinib.

Tədqiqatın müəllifləri Böyük Britaniyanın "Biobank"ından (Krallığın 40-69 yaş arası yarım milyon vətəndaşının tibbi və genetik məlumat bazası) götürülmüş 412 mindən çox insanın göstəricilərini təhlil ediblər. Bu zaman COVID-19-la insanların çəkisi və yeriş tempi arasındakı əlaqəyə diqqət yetirilib.

Mütəxəssislər müəyyənləşdiriblər ki, yavaş yeriyən insanlar koronovirusdan 3,75 dəfə daha tez dünyasını dəyişir. Bundan başqa, çəkisi normal olub yavaş yeriyən insanların COVID-19-u ağır formada keçirmə riski artıq çəkidən əziyyət çəkən, ancaq sürətli addımlarla yeriyənlərə görə daha böyükdür.

Alimlər bunu yüksək templə yeriyənlərin ürək-damar sisteminin daha sağlam olması ilə izah edirlər ki, bu amil də xəstəliyin gedişatına öz təsirini göstərir. Bununla belə, tədqiqatçılar etiraf ediblər ki, əldə olunan nəticənin dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Xəbər lenti
0