Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı

© Sputnik / Murad OrujovTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Virusa yoluxanlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750-dır.

BAKI, 19 mart — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 244 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 776, bu günə qədər isə ümumilikdə 2 756 457 test icra olunub.

Xəbər lenti
0