BAKI, 18 mart — Sputnik. Bu il 28 iyul – 1 avqust tarixləri arasında Bakıda keçirilməsi planlaşdırılan "Jara" beynəlxalq musiqi festivalı təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri – Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında məlumat verib.
Belə ki, "instagram"da video paylaşaraq, "Jara"nın 23-27 iyun tarixlərində ilk dəfə Rusiyanın Moskva şəhərində keçiriləcəyini açıqlayan Eminə izləyiciləri festivalın Bakıda baş tutub-tutmayacağı barədə suallar ünvanlayıblar. Xalq artisti şərhlərdən birinə "təəssüf ki, yox" deyə cavab verib. Bundan başqa, Ağalarov Bakıdakı "Jara"da iştirak üçün alınan biletlərlə Moskvadakı tədbirə qatılmağın mümkün olduğunu bildirib.
Посмотреть эту публикацию в Instagram
Xatırladaq ki, ötən il Bakıda keçirilməsi planlaşdırılan "Jara" beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.