Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Qarabağ. İnsan. Qələbə" müsabiqəsinin qalibləri müəyyən edilib

© Sputnik / Murad OrujovBakıda parada hazırlıq
Bakıda parada hazırlıq - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı, ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb

BAKI, 18 mart — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi "Qarabağ.İnsan.Qələbə" ssenari müsabiqəsinin qalibləri müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə, 15 ssenari növbəti mərhələyə buraxılıb. Və ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı, ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. Çünki müsabiqə təşkilatçıları üçün Qarabağ həqiqətlərinin dünyaya çatdırılması əsas məqsəddir.

“Böyük qayıdış” filmindən kadr - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Qarabağa möhtəşəm qayıdış bir filmdə yer alıb - VİDEO

Rüstəm İbrahimbəyovun sədrliyi ilə, yazıçı, ssenarist Toğrul Cuvarlı, ssenarist, tərcüməçi Nəriman Əbdülrəhmanlı, rejissor, ssenarist Vaqif Azəryar, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əi İsa Cabbarovdan ibarət münsiflər heyəti müsabiqənin qaliblərini müəyyən edib:

Birinci yer: "Daima birlikdə" (müəllif Çingiz Rəsulzadə)

İkinci yer: "Axırıncı palata" (müəllif Türkan Hüseynova)

Üçüncü yer: "Kaş" (müəllif Hacı Səfərov)

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, ssenariləri dəyərləndirən zaman müsabiqənin konsepsiyasına uyğun olaraq Qarabağ müharibəsində insan taleyi prizmasından, ümümbəşəri dəyərlər nəzərindən ifadəsini üstün tutublar. Bundan başqa, qalib ssenarilər səmimiliyi, emosianallığı, real hadisələrin uğurlu bədii traktovkası ilə fərqlənib. "Daima birlikdə" ssenarisi Meyxoş Abdullanın "Alagöz" hekayəsi motivləri əsasında ,"Axırıncı palata" isə hərbi həkim Şirin Manafovun xatirələrindən ilhamlanaraq yazılıb.

Qeyd edək ki, "Qarabağ. İnsan. Qələbə" ssenari müsabiqəsi İttifaqın son ildə reallaşdırdığı ikinci ssenari müsabiqəsidir və İttifaq bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Съемки, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.01.2021
MƏDƏNİYYƏT
On doqquz dəqiqəlik filmlə qəlbləri fəth etdilər - VİDEO

AKİ katibliyi onu da qeyd edib ki, kinomuzda istehsala buraxılan ssenarilərin mövzu rəngarəngliyi və struktur kamilliyi istiqamətində ciddi işin aparılmasına böyük ehtiyac var və ssenari müsabiqələrinin və kinodramaturgiya sahəsində təhsilin dəstəklənməsini bu sahədə dönüş yarada biləcək metodlardan sayır.

Xatırladaq ki, Kinematoqrafçılar İttifaqın Kino Məktəbində kino rejissorluğu və animasiya filmi rejissorluğu ilə yanaşı, Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə kinodramaturgiya kursu da fəaliyyət göstərir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsində iştirak edən bütün müəlliflərə təşəkkürünü bildirir və onlara yaradıcılıq uğurları arzulayır.

Xəbər lenti
0