BAKI, 18 mart — Sputnik. Ermənistanın növbədənkənar parlament seçkiləri iyunun 20-i keçiriləcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində bildirib.
Paşinyan qeyd edib ki, bu gün o "Çiçəklənən Ermənistan" Partiyasının fraksiyasının lideri Qaqik Tsarukyanla görüşüb. Tərəflər yaranmış ölkədaxili vəziyyətin ən yaxşı çıxış yolunun növbədənkənar parlament seçkiləri olduğuna dair razılığa gəliblər.