Şoka salan qiymətlər: BMW yeni elektrokarlarını təqdim edəcək

© pixabay / PexelsBMW avtomobili
BMW avtomobili - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Almaniyada iX xDrive40-ın qiyməti 77 300 avro, iX xDrive50-nin qiyməti isə 98 000 avro olacaq. Yeni modellər 2021-ci ilin sonunda satışa çıxarılacaq.

BAKI, 17 mart — Sputnik. Almaniyanın avtomobil nəhənglərindən olan BMW cari ilin sonunda təklif olunacaq yeni nəsil iX elektromobillərinin versiyalarını və qiymətlərini açıqlayıb. Yeni elektrokar avtomobil bazarına iki variantda təqdim olunacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, cəmi bir mühərriki olan BMW iX3 krossoverindən fərqli olaraq yeni iX xDrive40 versiyası 4x4 formatında və 326 at gücündə olacaq. 100 km sürətə 6 saniyəyə çatan yeni avtomobilin batareyalarının nominal həcmi 70 kilovat-saatdır ki, bu da birbaşa 400 km məsafəni qət etməyə imkan verəcək.

BMW iX xDrive50 modeli isə artıq 503 at gücünə malikdir və 100 km-saat sürəti 5 saniyəyə yığaraq birbaşa 600 km məsafə qət etmək qabiliyyətindədir. Onun iki təkər oxu arasında yerləşdirilmiş batareyası 40 dəqiqədən az müddət ərzində 80%-ə qədər dolur. Bunun üçün ona üçfazalı (11 kVt) şəbəkəyə qoşulmaq lazımdır. Tam olaraq batareyalar 11 saata dolur. İstehsalçılar yeni bu top model elektrokarın batareyasına 160 000 kilometr zəmanət verirlər.

O da məlum olub ki, iX elektromobillərində səkkizinci nəsil iDrive multimedia sistemi quraşdırılacaq ki, bu da BMW modelləri arasında ən sürətlə işləyən şəbəkə olacaq. Həmin şəbəkə vasitəsilə məlumatlar saniyədə 30 giqabit sürətlə ötürülür ki, bu da hazırkı modellərdə olduğundan 20 dəfə daha sürətlidir.

Bundan əlavə, yeni elektrokarlarda klimat-kontrol, lazer faraları, elektroxrom qaraldıcı panoramlı ban, habelə 30 dinamikli Bowers & Wilkins audio-sistemi də quraşdırılacaq.

Almaniyada iX xDrive40-ın qiyməti 77 300 avro, iX xDrive50-nin qiyməti isə 98 000 avro olacaq. Yeni modellər 2021-ci ilin sonunda satışa çıxarılacaq.

 

Xəbər lenti
0