BAKI, 17 mart — Sputnik. Bu gün Türkiyənin Artvin vilayətinin Yusifeli rayonunun Dərəiçi kəndində bir evdə başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər evlərə də keçib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənini "Hürriyet" qəzeti məlumat yayıb.
Məlumata görə, kəndin muxtarı Səbri Duman fəlakətlə üzləşdiklərini, hazırda 170 evin olduğu kənddə 60-yə yaxın evin yandığını bildirib.
"Kəndimizdə böyük bir fəlakət yaşanır", - muxtar deyib.
Türkiyə Daxili işlər nazirinin müavini İsmail Çataklı yanğının kəndin böyük bir hissəsi üçün ciddi təhlükə yaratdığını bildirib.
Artvinin valisi Yılmaz Doruk, yanğının Türkiyə vaxtı ilə saat 17.30-dan başlayaraq nəzarət altına alındığını bildirib.
"Külək əks tərəfə əsir. Bu səbəbdən təhlükə hələ ötüşməyib. Yanğının baş verdiyi ərazilərə yaxın olan evlərdə yaşayanlar təxliyə edilib", - deyə vali əlavə edib.
https://www.hurriyet.com.tr/gundem/son-dakika-artvinin-yusufeli-ilcesinde-yangin-dehseti-muhtar-buyuk-felaket-yasaniyor-41765162