BAKI, 17 mart — Sputnik. "Martın 15-də saat 23.20-də DİN-in "102 – Zəng Mərkəzi"nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib". Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunub.
Bildirilib ki, Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb və ondan "UZRQM-2" markalı qumbara götürülüb.
Faktla bağlı araşdırma aparılır.