FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Fərqli İlaxır çərşənbə: onlar bu gün mütləq çaya gedirlər - FOTO

Abunə olmaq
Lənkəran sakinləri çərşənbə axşamı deyil, çərşənbə günü yaşadıqları ərazilərə yaxın olan axar su və ya çay kənarına gəlib əmin-amanlıqları üçün dua edirlər.

BAKI, 17 mart — Sputnik. Novruza aid folkloru, adət-ənənəsi ilə seçilən lənkəranlılar İlaxır çərşənbəni özünəməxsus qaydada qeyd edirlər. Bu adətlərdən biri də çərşənbə axşamı deyil, çərşənbə günü yerli sakinlərin yaşadıqları ərazilərə yaxın olan axar su və ya çay kənarına gəlib əmin-amanlıqları üçün dua etmələridir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu il də Lənkəran sakinləri adət-ənənəyə sadiq qalaraq Lənkərançayın sahilinə gəlmişdilər. Adəti üzrə çay kənarında qohumlar, tanışlar, dostlar bir-birləri ilə hal-əhval tutur, bayramlarını təbrik edirlər. Sonra birlikdə çaydan su götürüb əl-üzlərini yuyur, bu zaman suya niyyətlərini deyir, dərd-qəmlərinin çay vasitəsilə axıb getməsini arzulayırlar. Bu zaman həmçinin evlərdə olan köhnə paltarlardan da götürüb suya atırlar.

Novruz ənənələrimiz yaşamaqdadır. Gənclər torpaq çərşənbəsini necə qeyd edir? - VİDEO - Sputnik Azərbaycan, 1920, 16.03.2021
VİDEO
 Novruz ənənələrimiz yaşamaqdadır. Gənclər torpaq çərşənbəsini necə qeyd edirlər? - VİDEO

Yerli sakinlər su üstünə gəlmələrini müxtəlif cür izah edirlər. Suyun həyat olduğunu, susuz yaşamağın mümkün olmadığını və suyun pak olduğunu bildirən sakinlər, adətə görə, axar suyu bardağa doldurduqdan sonra evə kimi heç kimlə danışmırlar. Yalnız o sudan evə, ailə üzvlərinin üzərinə səpəndən sonra niyyət edilir, xeyir-dualar verilir. Qeyd edək ki, illərin sınağından çıxmış bu adət-ənənə gün boyu davam edir.

Onu da əlavə edək ki, ötən illərdə Lənkəran sakinləri hava şəraitindən asılı olmayaraq çay sahilinə axın-axın gəlirdilər. Bu il hava şəraiti gözəl olsa belə, koronavirus pandemiyası ilə əlaqədar olaraq su üstünə gələnlərin xeyli az olduğu müşahidə olunurdu. Gələnlər də sadəcə ənənə halını almış ritualları yerinə yetirib, qayıdırdılar. Bununla belə, orada olan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları da sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırdılar.

© Sputnik / Rahim MuradovLənkəranda İlaxır çərşənbə günü sakinlər çaya gedirlər.
Lənkəranda İlaxır çərşənbənin qeyd edilməsi - Sputnik Azərbaycan
1/14
Lənkəranda İlaxır çərşənbə günü sakinlər çaya gedirlər.

2/14

3/14

4/14

5/14

6/14

7/14

8/14

© Sputnik / Rahim Muradov
Lənkəranda İlaxır çərşənbənin qeyd edilməsi - Sputnik Azərbaycan
9/14
© Sputnik / Rahim MuradovLənkəranda İlaxır çərşənbə günü sakinlər çaya gedirlər.
Lənkəranda İlaxır çərşənbənin qeyd edilməsi - Sputnik Azərbaycan
10/14
Lənkəranda İlaxır çərşənbə günü sakinlər çaya gedirlər.
© Sputnik / Rahim MuradovLənkəranda İlaxır çərşənbə günü sakinlər çaya gedirlər.
Lənkəranda İlaxır çərşənbənin qeyd edilməsi - Sputnik Azərbaycan
11/14

12/14

13/14

14/14

Xəbər lenti
0