Ermənilərin "kökü kəsilir"

© Sputnik / StringerСитуация в связи с эпидемиологической обстановкой в Ереване
Ситуация в связи с эпидемиологической обстановкой в Ереване - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə bu rəqəm 36 448-ə qədər azalıb.

BAKI, 17 mart — Sputnik. Əhalisi cəmi 2,9 milyon nəfər, əhali artımı əmsalı 1,7-ə bərabər ölkə – yox olmaq üzrə olan ölkə deməkdir. Bu rəqəmlər Ermənistana aiddir. Özü də müharibənin və pandemiyanın bu məsələdə rolu bir o qədər də çox deyil. Sputnik Armeniya-nın yaydığı xəbərə görə, son illər bu ölkədə demoqrafik göstəricilər xeyli aşağı düşüb. Əhalinin artım əmsalı 1,7-ə qədər azalıb ki, bu da ailələrdə ikinci uşağın belə doğulmadığını göstərir.

Xəbərdə bildirilir ki, hazırda əsasən 1990-cı illərdə anadan olmuş gənclər ailə qurmalıdırlar, ancaq Ermənistanda yaşanan iqtisadi böhran səbəbindən həmin yaşda olan insanlar kütləvi şəkildə ölkəni tərk ediblər. Odur ki, 2020-ci ildə dünyaya gələn uşaqların sayı kəskin şəkildə aşağı düşüb.

Bununla belə, ermənilərin sayının azalmasına daha çox ölkədə doğum səviyyəsinin aşağı düşməsi səbəb olub. Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə bu rəqəm 36 448-ə qədər azalıb.

Demoqrafik vəziyyətə ermənilərin kütləvi şəkildə xaricə miqrasiya etməsi də öz təsirini göstərir. Ermənistan müstəqillik qazanandan bu günə kimi bu ölkəyə gələnlərlə xaricə üz tutanların sayı arasındakı fərq 1 milyon 120 min nəfər təşkil edib. 2020-ci ildə Ermənistandan miqrasiya edənlərin 90%-i Rusiyaya üz tutub.

Beləliklə, əgər 1992-ci ildə Ermənistanın əhalisi 3 milyon 633,3 min nəfər idisə, 2020-ci ilin son rübündə bu rəqəm 2 milyon 967,9 min nəfər təşkil edib.

Müqayisə üçün qeyd edək ki, son iki il ərzində Azərbaycanda əhalisinin sayı 122 min nəfər artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 2021-ci ilin fevral ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 3015 nəfər və ya 0.03% artaraq 10 122 148 təşkil edib. Əhalinin 49,9%-ni kişilər, 50.1%-i isə qadınlar təşkil edir. Hesabat dövründə ölkə ərazisində 10812 uşaq dünyaya gəlib ki, bu da hər 1000 nəfərə 12.7 körpə deməkdir. Yeni doğulmuşların 53.4%-ni oğlanlar, 46,6%-ni qızlar təşkil edir. 238 dəfə əkiz, 6 dəfə isə üçəm dünyaya gəlib.

Xəbər lenti
0