SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Erməni aktyorun Mehriban Əliyevanın paylaşımına yazdıqları erməniləri qıcıqlandırdı - FOTO

© AFP 2024 / Manan VATSYAYANASosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli
Sosial şəbəkədən istifadə edən qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Aktyor: "İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın", - deyə şərh yazıb. Ermənilər isə onu xainlikdə günahlandırıblar.

BAKI, 17 mart — Sputnik. Erməni aktyor Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın "Facebook" səhifəsindəki paylaşımına yazdığı şərh Ermənistan gündəmini alt-üst etdi.

Sputnik Azərbaycan xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı çəkdirdiyi videonun altından erməni aktyor Hovhannes Azoyan: "İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın" ,- deyə şərh yazıb. Ermənilər isə Azoyanı bu sözlərinə görə sərt tənqid atəşinə tutublar. Onu xainlikdə günahlandırıblar.

Qeyd edək ki, Hovhannes Azoyan 1982-ci ildə doğulub, Ermənistanın ən məşhur aktyorlarından biridir.

Xəbər lenti
0