Tarixçi: “Bu, Azərbaycan tarixini saxtalaşdırmağa çalışan ermənilərə mesaj idi”

© Sputnik / Murad OrujovДоктор философии по истории Ильгар Нифталиев
Доктор философии по истории Ильгар Нифталиев - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev deyir ki, prezident Azıx mağarasının tarixi haqqında məlumat verməklə yanaşı, bu ərazinin Azərbaycanın ayrılmaz parçası olması ilə bağlı açıq mesaj verdi
İlqar Niftəliyev: “Qarabağ ərazisi qədim azərbaycanlıların tarixi torpağıdır”

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar. Səfər zamanı Prezident Azıx mağarasında olublar.

Tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Sputnik Azərbaycan-a deyir ki, Azıx mağarası tək Azərbaycanda yox, həm də dünyada ən qədim yaşayış məskənlərindən biridir:

“Tədqiqatlar Azərbaycanın qədim insan üçün məskən olduğunu göstərir. Prezident Azıx mağarasının tarixi haqqında məlumat verməklə yanaşı, bu ərazinin Azərbaycanın ayrılmaz parçası olması ilə bağlı açıq mesaj verdi. Bu Azərbaycan tarixini saxtalaşdırmağa çalışan, onun abidələrini dəyişdirən, məhv edən ermənilərə göndərilmiş mesaj idi. Ordumuz torpaqlarımızı işğaldan azad etməklə həm də tarixi abidələrimizi gerçək sahiblərinə qaytardı. Qarabağ ərazisi qədim azərbaycanlıların tarixi torpağıdır”.

Qeyd edək ki, Azıx mağarası 1960-cı ildə azərbaycanlı arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunub.

Xəbər lenti
0