BAKI, 17 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 818,54 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin ixracla bağlı hesabatında qeyd olunub. Aparılan hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4% azalıb.
Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 6 976,64 min dollar təşkil edib. Bu da ötən ilin müvafiq göstəricisindən 26,9% azdır.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,43% təşkil edib.