FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Yazın gəlişinin ilk müjdəsi: Yaponiyada Sakura çiçək açdı

Abunə olmaq
Yazda Yaponiyada əsrarəngiz sakura ağacları çiçək açır. Bu, o qədər gözəl hadisə hesab edilir ki, sakura ilə qarşılaşan insanlar ona şeir qoşurlar. Yaponiyada sakuranın çiçəkləməsini əks etdirən fotoşəkillərə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

Yaponiya mədəniyyətinin ayrılmaz bir hissəsi kimi tanınan hanami sakura çiçəklərini seyr etmək deməkdir. Ləçəklər yalnız yazda iki həftəlik, martdan aprelə kimi olur. Qısa zamandan sonra ləçəklər yerə düşür və daha gözəl mənzərə yaranır.

Bu il Yaponiyada sakura ağacları həmişəkindən bir həftə tez, martda çiçəkləməyə başlayıb. Artıq ölkənin cənub və şərq rayonlarının sakinləri, paytaxt Tokio da daxil olmaqla, sakura ləçəklərini seyr edə bilərlər.

Sakura çiçəyi ölkənin ən isti iqlimə malik cənubunda açmağa başlayır və tədricən adanın şimalına doğru irəliləyir. Sakura martın əvvəlindən başlayaraq may ayına qədər Yaponiyanın müxtəlif rayonlarında fərqli vaxtlarda çiçəkləyir. Çiçəkləmə dövrü çox qısa olduğundan, axşam saatlarında da sakura çiçəklərinə tamaşa etmək üçün bu ağaclar məxsusi olaraq işıqlandırılır.

Sakuranın müxtəlif forma və rəng çalarlarına malik 16 növü və 400-ə qədər sortu var. Ağacın hündürlüyü ilk növbədə onun növ və yaşından asılıdır. Adi halda bitkinin hündürlüyü 8 metrə yaxın olsa da, yaşı 1800 il olan ən qoca sakuranın uzunluğu 24 metrə çatır.

Ağacın çiçəkləməsi yazın əvvəlində başlayır, lakin onun bəzi növləri yanvarda çiçək açır. Çəhrayı və sarı çiçək açan sakura bağları yaz aylarında cənnəti xatırladır, lakin həmin dövr çox qısa olur - bəzi yerlərdə bir neçə gün, bəzi yerlərdə isə bir neçə saat davam edir. Görünür, elə buna görə də yaponlar üçün həmin çiçəklər həyatın gözəl, qısa və fani olması rəmzinə çevrilib. Onu əbəs yerə yapon mədəniyyətinin məşhur bir hissəsi hesab etmirlər. Xalqın ən qədim ayinlərindən sayılan Xanamı çiçəkləyən sakura bayramı kimi qeyd olunur.

Yaponiyada sakuranın çiçəkləməsini əks etdirən fotoşəkillərə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiz.

© AFP 2024 / Kazuhiro NogiYaponiyada sakuranın çiçək açması.
Люди любуются цветущей вишней в Токио - Sputnik Azərbaycan
1/8
Yaponiyada sakuranın çiçək açması.
© AP Photo / Koji SasaharaYaponiyada sakuranın çiçək açması.
Женщина любуется цветущей вишней в Токио - Sputnik Azərbaycan
2/8
Yaponiyada sakuranın çiçək açması.
© AFP 2024 / Kazuhiro NogiYaponiyada sakuranın çiçək açması.
Цветущая вишня в Токио  - Sputnik Azərbaycan
3/8
Yaponiyada sakuranın çiçək açması.
© AP Photo / Eugene HoshikoYaponiyada sakuranın çiçək açması.
Люди любуются цветущей вишней в Токио - Sputnik Azərbaycan
4/8
Yaponiyada sakuranın çiçək açması.
© AFP 2024 / Kazuhiro NogiYaponiyada sakuranın çiçək açması.
Цветущая вишня в Токио - Sputnik Azərbaycan
5/8
Yaponiyada sakuranın çiçək açması.
© AFP 2024 / Kazuhiro NogiYaponiyada sakuranın çiçək açması.
Люди любуются цветущей вишней в Токио - Sputnik Azərbaycan
6/8
Yaponiyada sakuranın çiçək açması.
© AFP 2024 / Eugene HoshikoYaponiyada sakuranın çiçək açması.
Люди любуются цветущей вишней в Токио - Sputnik Azərbaycan
7/8
Yaponiyada sakuranın çiçək açması.
© AFP 2024 / Kazuhiro NogiYaponiyada sakuranın çiçək açması.
Девушка любуется цветущей вишней в Токио - Sputnik Azərbaycan
8/8
Yaponiyada sakuranın çiçək açması.
Xəbər lenti
0