BAKI, 16 mart — Sputnik. Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edilib.
Sputnik Azərbaycan xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
Daha sonra deputatlar hökumətin ötənilki fəaliyyəti ilə bağlı fikirlər səsləndiriblər.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.
Baş nazir Əli Əsədov deyib ki, hamımızın bir arzusu olub ki, Qarabağımız azad olunsun və böyük qayıdışı edək. Hörmətli deputatlar tərəfindən qaldırılan məsələlər cavablandırılacaq.