Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 16 mart — Sputnik. "Azərbaycana 4 milyon doza vaksinin gətirilməsi nəzərdə tutulur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu günə qədər 460 minə yaxın insan peyvənd olunub və proses davam etdirilir. 44 min səhiyyə işçisi pandemiya ilə mübarizəyə cəlb olunub.
"Pandemiya dövründə ölkə səhiyyəsinin üzərində böyük yük düşdü. Amma səhiyyəmiz çökmədi və öz işini davam etdirdi. Bu, onunla əlaqəlidir ki, zamanında Prezidentin göstərişi ilə səhiyyə bazası yeniləndi və mütəxəssislər cəlb olundu"-deyə, Ə.Əmiraslanov deyib.