CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdamdakı dəhşətli hadisənin detalları məlum oldu : Ölənlərdən birinin meyidi... - FOTO

© Sputnik / Emin AlisahibYaralılardan biri
Yaralılardan biri - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
İlk minaya düşən şəxslər - Razi Akif oğlu Hüseynov və Bayram Akif oğlu Hüseynov hadisə yerindəcə həyatlarını itriblər.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 16 mart — Sputnik. Xəbər verildiyi kimi, Ağdam rayonunda bir neçə mülki şəxs piyada əleyhinə minaya düşüb.

Sputnik Azərbaycanın məlumatına görə, rayonun işğaldan azad edilən Yusifcanlı kənd ərazisində bir ailənin 5 üzvü minaya düşüb.

Hadisənin təfərrüatları da məlum olub. Ərazidə olan hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdiyi ilkin məlumata görə, ailə üzvləri bir yerdə minaya düşməyiblər. Əvvəlcə iki qardaş - Razi Hüseynov və Bayram Hüseynov minaya düşüblər. Hadisədən xəbər tutan doğmaları onlara kömək məqsədi ilə partlayış baş verən əraziyə daxil olublar. Növbəti minanın partlaması nəticəsində ata Akif Muxtar oğlu Hüseynov, oğlu Anar Hüseynov və kənd sakini Bəhruz Nadir oğlu Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xoşbəxtlikdən babasının arxasınca gedən Razi Hüseynovun oğlu Hüseyn Hüseynov mina partlayan zaman xəsarət almayıb.

© Sputnik / Emin AlisahibYaralılardan biri
Ağdamdakı dəhşətli hadisənin detalları məlum oldu : Ölənlərdən birinin meyidi... - FOTO - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Yaralılardan biri

İlk minaya düşən şəxslər - Razi Akif oğlu Hüseynov və Bayram Akif oğlu Hüseynov hadisə yerindəcə həyatlarını itriblər. Ailənin digər üzvləri Akif Muxtar oğlu Hüseynov, Anar Akif oğlu Hüseynov və kənd sakini Bəhruz Abdullayev xəstəxanaya aparılıb. Aldığımız məlumata görə, həyatını itirən qardaşlardan birinin - Bayram Hüseynovun meyidini ərazidən çıxarmaq mümkün olsa da, ərazi təhlükəli olduğu üçün Razi Hüseynovun meyidini ərazidən çıxartmaq mümkün olmayıb.

Hazırda əraziyə mina təmizləyənlər cəlb olunub.

Qeyd edək ki, minaya düşənlər Ağdam rayon Yusifcanlı kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0