Rəşad Kərəmoğlu, Sputnik Azərbaycna
BAKI, 15 mart - Sputnik. Bakı-Qazax yolunda 16 yaşlı oğlan yol qəzasının qurbanı olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə magistralın Ağdaş rayonundan keçən ərazisində baş verib. İlkin məlumatlara görə, Ağdaşın Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlu yolu keçmək istəyərkən hərəkətdə olan minik avtomobili onu vurub.
Zərbə nəticəsində ağır xəsarət alan piyada hadisə yerində ölüb. Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.