CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bənövşələr yalnız baharın müjdəçisi deyillər - FOTOLAR

© Sputnik / Rashad KeremogluBənövşələr
Bənövşələr - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Abunə olmaq
Xalq təbabəti ilə məşğul olan Şakir Əliyevin sözlərinə əsasən, bənövşələrin tərkibindəki kumarin immun çatışmazlığı zamanı müsbət təsir edir.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Baharın müjdəçisi  olan bənövşələrin Azərbaycan florasında 3 növü: ətirli bənövşə, bağ, bənövşəsi və çöl bənövşəsi var. Bu növlər yetişdiyi əraziyə görə, xarici quruluşuna və təbabətdə istifadə qaydasına görə bir-birindən fərqlənir. Ümumi bütün növləri isə il boyu yaşıl qalır. Fevral ayının axırlarında çiçəkləmə dövrü başlayır və aprel ayının sonlarına qədər davam edir, bəzi dağətəyi ərazilərdə isə çiçəkləmə dövrü uzun müddət davam edə bilər. Nə qədər gec deyil, dünyanın dörd bir tərəfində yayılan, baharın müjdəçisi olan bu nazlı çiçəklə yazın ətrini yaxından duymağa çalışın.

Əsasən, bənövşələrin yerüstü hissəsindən və çiçəklərindən istifadə olunur. Bunun üçün onu yığmaq və kölgədə qurutmaq lazımdır. Bənövşələrin yığımı rütubətli, nəm və yağışlı havalarda aparılmamalıdır. Ətirli bənövşə tünd rəngdə olur, şaftalı çiçəyinə bənzər tünd rəngdə olur. Bağ bənövşəsi isə ağımtıl, xarıbülbülün rənginə bənzər açıq rəngi olur. Çöl bənövşəsi isə ətirli bənövşəyə bənzəyir, çox az fərqləri var.

© Sputnik / Rashad KeremogluBənövşə gülü
Bənövşələr yalnız baharın müjdəçisi deyillər - FOTOLAR - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Bənövşə gülü

Xalq təbabəti ilə məşğul olan Şakir Əliyevin sözlərinə əsasən, bənövşələrin tərkibində kumarin var ki, bu da immun çatışmazlığı zamanı müsbət təsir edir.

Bağ bənövşəsi dermatitlərdə, allergiyalar zamanı, dəri xəstəliklərində, hətta xalq arasında qarayara adı ilə tanınan xəstəlikdə də müsbət təsir göstərir. Ətirli bənövşə isə qızdırma hallarında, soyuqdəymələrdə, sudurğa zamanı, epilepsiyalarda (qıc olma) dərman bitkisi kimi təsir göstərir, yerüstü hissəsindən təbabətdə dəridə olan yara xəstəliklərində, onkologiyanın bütün sahələrində, həmçinin yuxusuzluq və baş ağrıları zamanı istifadə olunur. Bir sıra ölkələrdə bənövşədən salatlara dekorasiya vermək üçün və ya balıq yeməklərinə dad qatması üçün istifadə olunur.

© Sputnik / Rashad KeremogluBənövşə gülü
Bənövşələr yalnız baharın müjdəçisi deyillər - FOTOLAR - Sputnik Azərbaycan, 1920, 15.03.2021
Bənövşə gülü

Çöl bənövşəsi  dermatologiyada, allergiyalarda, qurd xəstəliklərində, məxmərək xəstəliyində də çox gözəl təsir göstərir. Böyüklər  bir xörək qaşığı bənövşənin çiçəkləri və yerüstü hissəsini 200 qram suda dəmləyib qızdırmalı hallarda istifadə edə bilər. Böyüklər gün  ərzində maksimum 50-100 qram istifadə edə bilər. Bunlardan əlavə bənövşələrdən pulmonologiya sahəsində qripdə, plevritdə, ağciyər pnevmoniyalarında bəlğəm gətirici kimi istifadə oluna bilər və böyük faydası var.

Xəbər lenti
0