Gürcüstanda etirazlar: türk şirkəti ilə nazirə qarşı çıxdılar - VİDEO

© AP Photo / Shakh AivazovПротесты в Грузии, фото из архива
Протесты в Грузии, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.03.2021
Abunə olmaq
Aksiyanın təşkilatçıları qeyd ediblər ki, əsas tələblərinə daha biri əlavə olunub - Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava da istefaya getməlidir

BAKI, 14 mart - Sputnik. Kutaisinin mərkəzi meydanında minlərlə sakin Namaxvan hidroelektrik stansiyasının tikilməsinə qarşı etiraz aksiyasına çıxıb. 

Sputnik Gürcüstan xəbər verir ki, HES tikintisinıə qarşı yerli sakinlər, QHT nümayəndələri, aktivistlər və siyasətçilər etiraz edirlər. Onlar artıq 4 aydır ki, bu məsələyə dair etirazlarını bildirirlər və tikinti işlərinin aparıldığı yerdə çadır şəhərciyi qurublar. HES tikintisini istəməyənlər iddia edirlər ki, ərazi seysmik aktiv sahədir və orada tikinti aparmaq olmaz. Həmçinin vurğulayırlar ki, layihənin hazırlanmasında səhvlər buraxılıb. 

Aksiyanın təşkilatçıları qeyd ediblər ki, əsas tələblərinə daha biri əlavə olunub - Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava da istefaya getməlidir. Etirazçıların əsas tələbi isə Türkiyənin Enka Riniubels şirkətinin dərəni tərk etməsi, Gürcüstan hökumətinin isə Namaxvani HES kaskadının tikintisi barədə sərəncamını geri götürməsidir.  

"Rioni dərəsinin müdafiəçiləri" QHT-sinin nümayəndəsi və aksiyanın təşkilatçısı Varlam Qoletiani bəyan edib ki, hökumətlə danışıqların resursları tükənib.

"Bizim əsas tələblərimizə təmsil etdiyimiz minlərlə insanı təhqir edib görüşdən qaçan Natiya Turnavanın istefası da əlavə olundu", - Qoletiani deyib. 

Bu gün meydana toplaşanların bir hissəsi gecəni orada keçirmək niyyətindədir. Varlam Qoletianinin sözlərinə görə, bu gün sabahdan etibarən Namaxvanidə çadırlarda gecələyəcək qruplar müəyyənləşdiriləcək. Onların etirazları artıq beşinci aya yaxındır ki, davam edir. 

Fevralın 28-də Kutaisidə "Rioni dərəsinin müdafiəçiləri" minlərlə insanı etiraza çıxarmışdı. Nümayişçilər hökuməti Namaxvani HES-in tikintisindən imtinaya səsləyirdilər. Bu tələbin yerinə yetirilməsinə etirazçılar 14 gün vaxt vermişdilər. Əks halda isə Kutaisiyə yolları bağlayacaqlarını söz vermişdilər.

Cümə günü məlum oldu ki, Gürcüstan hökuməti Namaxvani HES-də bənd və anbarın tikilməsini əlavə araşdırmalar bitənədək dayandırmağı qərara alıb. Ancaq eyni zamanda digər işlər davam etdiriləcək. Sakinlərin etimad etdiyi müstəqil ekspertlər isə layihəni öyrənərək tədqiqat aparacaqlar. 

Gürcüstan hökuməti 2019-cu ildə Namaxvani HES-in (İmereti regionu) layihə, tikinti və istismar hüquqlarını Türkiyənin ENKA və Norveçin Clean Energy Group şirkətlərinə verib. Kaskad Rioni çayı üzərində iki hidroelektrik stansiyasını - 333 Mvt-lıq Kvemo Namaxvani və 100 MVt-lıq Zemo Namaxvanini birləşdirməlidir. 

Layihə bitdikdən sonra Gürcüstanda elektrik enerjisinin istehsalı 15% artacaq. Kaskadın tikintisinə 750 milyon dollar yatırılacaq.

Xəbər lenti
0