Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Fəst-fud sevgisinin qəribə səbəbi

© pixabay / Activedia / AppetiteFast-food
Fast-food - Sputnik Azərbaycan, 1920, 14.03.2021
Abunə olmaq
Professor vurğulayıb ki, fəst-fudun bu qədər çox tükədilməsi sağlam qidalanmaya marağın və ya istəyin az olmasından irəli gəlmir

BAKI, 14 mart - Sputnik. Alimlər qadınların uşaqlarla, maliyyə çətinlikləri, qeyri-sabit romantik münasibətlər və tez-tez ora-bura köçməklə bağlı yaşadıqları streslə yedikləri fast-fudun həcmi arasında bağ tapıblar. 

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticəsi Nutrients jurnalında dərc olunub.

Худая девушка, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
SƏHİYYƏ
Sağlam qidalanmaq və arıqlamaq istəyənlər üçün vazkeçilməz pəhriz

Eksperiment zamanı iştirakçı qadınlara yuxarıda adı çəkilən situasiyalarda olan həmcinslərinin sağlam qida, stressin idarə edilməsi üsulları və müxtəlif fiziki aktivlik barədə fikirlərini bölüşdükləri videoçarxlar nümayiş olunub. 

"Biz qadınların hekayələrindən istifadə etdik və onların öz ailələri ilə qarşılıqlı əlaqələrini göstərdik ki, gündəlik həyatda strees faktorunu bariz şəkildə anladaq. Baxışdan sonra bir çox iştirakçılar etiraf etdilər ki, ilk dəfə eyni cür stres yaşadıqlarını anlayıblar", - tədqiqatın müəllifi, professor Mey-Vey Çanq deyib.

Çanq qeyd edib ki, həmin situasiyalara düşənlər tez-tez başağrısından və yuxu pozğunluğundan əziyyət çəkir, amma bunun streslə bağlı olduğunu dərk etmirlər.

Professor vurğulayıb ki, fəst-fudun bu qədər çox tükədilməsi sağlam qidalanmaya marağın və ya istəyin az olmasından irəli gəlmir: "Əgər siz stressin öhdəsindən necə gəlməyi bilmirsinizsə, o zaman nə yediyinizin də qeydinə qalmayacaqsınız".

İştirakçılar gündəlik nə qədər stress yaşadıqlarını anladıqdan sonra çox yağlı qidalardan uzaq durmağa başlayıblar. 

Tədqiqatda 19-39 yaşlı artıq çəkidən əziyyət çəkən qadınlar iştirak ediblər.

Xəbər lenti
0