BAKI, 14 mart - Sputnik. Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 603 (martın 13-də 733) yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 (martın 13-də 8) nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 240295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir. Son sutka ərzində 8945, hazırkı dövrədək isə 2710126 test aparılıb.