BAKI, 13 mart — Sputnik. Tovuzda kişi özünün və oğlunun evini yandırıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kəndində Razim Səmədov ailə münaqişəsi zəminində əvvəlcə öz evinə, daha sonra oğlu Elçin Səmədovun evinə od vurub.
Bundan sonra isə həyətdəki yardımçı tikililəri də yandırıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alovun qarşısı alınıb, yaxınlıqdakı tikililərə ziyan dəyməyib.
Faktla bağlı araşdırma başlanıb.