BAKI, 13 mart — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək. Bu barədə Sputnik Ermənistan xəbər verir.
"Armen Sarkisyan tərəfindən başladılan müzakirələr çərçivəsində o bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirəcək", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl "Mənim addımım" və "Maariflənmiş Ermənistan" fraksiyaları bəyan ediblər ki, prezidentlə görüşə hazırdırlar, "Vətənin xilası naminə hərəkat" isə bildirib ki, danışıqlarda yalnız öz şərtləri ilə iştirak etməyə razıdırlar. "Çiçəklənən Ermənistan" fraksiyası isə hələlik öz mövqeyini açıqlamayıb.