BAKI, 13 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 239 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 470, ötən müddət ərzində isə ümumilikdə 2 701 181 test aparılıb.
Xatırladaq ki, martın 12-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınmış, analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat etmişdi.