Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dünyada ilk: Bakıda unikal tanker-muzey qapılarını yaxın zamanda ziyarətçilər üçün açacaq

Abunə olmaq
Bakıda Azərbaycan dənizçiliyinin keçmişdən gələcəyə doğru gedən tarixini əks etdirən “Suraxanı” adlı tanker muzey kimi fəaliyyətə başlayıb.

“Suraxanı” gəmisinin muzeyə çevrilməsi barədə 2017-ci ildə qərar verilib. Bu prosesdə Böyük Britaniya, Türkiyə, Niderland kimi gəmiçilik tarixi ilə zəngin olan ölkələrin təcrübəsindən istifadə olunub. Qeyd etməliyik ki, bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.

Zəngin ekspozisiyası ilə fərqlənən muzeydə qədim nadir eksponlarla yanaşı, yeni innovativ həllər də tətbiq olunub. Burada dənizçiliyin bütün spesifik əməliyyatları ilə həm yaxından tanış olmaq, həm də xüsusi oyun manipulyatorları vasitəsilə həmin əməliyyatları müstəqil şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, muzeydə Azərbaycan dənizçiliyinin tarixi də xüsusi yer tutur.

 Nadir xalq sənəti nümunələri eyni məkanda  - Sputnik Azərbaycan, 1920, 28.01.2021
VİDEO
Bakıda hər kəsi valeh edəcək qalereya açılıb - VİDEO

360 dərəcəli interaktiv ekranlı kinoteatrda Azərbaycanın tarixinə səyahət etmək olar. Muzeyin maraqlı ekspozisiyalarından biri 1918-ci ilin 28 may tarixində, Cümhuriyyətimizin yarandığı gündə ulduzların düzülməsini əks edən göy xəritəsidir.

Tanker-muzeyin ekspozisiyasında okean və dənizlərdən yığılan flora və fauna nümunələri də sərgilənir.

Gəmidə ziyarətçilərin rahatlığı üçün bütün şərait yaradılıb. O cümlədən 3 dildə audiobələdçi sistemi quraşdırılıb. Burada həmçinin restoran da fəaliyyət göstərəcək.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov: “Birinci və İkinci Qarabağ müharibəsi qaziləri, Böyük Vətən müharibəsi veteranları, o cümlədən şəhid ailələrinə giriş tamamilə pulsuz olacaq. Dənizçilərə, tələbə və şagirdlərə xüsusi güzəştlər nəzərdə tutulub”.

Tanker Bakı bulvarının sahilində lövbər salıb.

Şübhəsiz ki, gələcəkdə post-pandemiya dövründə “Suraxanı” tanker-muzeyi turistlərin sevilən məkanlardan biri olacaq.

 

 

 

Xəbər lenti
0