BAKI, 13 mart — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 56, Sarıbaşda (Qax) 46, Yardımlı, Qusarda 33, Şahdağda 28, Daşkəsəndə 27, Kişçayda (Şəki) 26, Altıağacda 24, Qubada 20, Lerikdə 19, Xaltanda 16, Qrızda 12, Oğuz, Şahbuzda 10, Şəki, Göyçayda 9, Şabran, Tovuzda 8, Qəbələ, Gədəbəydə 7, Xaçmaz, Mingəçevirdə 4, Qobustan, Naftalanda 2, Balakən, Zaqatala, Kürdəmirdə 1 sm olub.
Düşən yağıntının miqdarı Göytəpədə 40, Lerik, Lənkəranda 20, Naxçıvanda 17, Mingəçevirdə 15 mm, digər rayonlarda 5 mm-dən 12 mm-dək, Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.
Şimal-şərq küləyi səhər saatlarından başlayaraq 7-12 m/s-dək zəifləyib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0.4-0.6, aran rayonlarında 0-2, dağlıq rayonlarda 7-11, yüksək dağlıq ərazilərdə 13-17, Naxçıvan MR-da 3-11 dərəcə şaxta olub.