CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dizelin bahalaşmasına görə fermerlərə güzəşt edildi

CC0 / U.S. Department of Agriculture / AgricultureƏkin sahəsi, arxiv şəkli
Əkin sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır

BAKI, 12 mart — Sputnik. Dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə dövlət tərəfindən fermerlərə stimullaşdırıcı dəstək tədbirləri davam etdirilir. Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb.

Фермер на поле, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Kənd təsərrüfatında çalışanlarla müqavilələr necə bağlanacaq?

Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.

Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.

Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləğinə buradan baxmaq mümkündür.

 

 

Xəbər lenti
0