BAKI, 12 mart - Sputnik. Fransa və Avstriyadan olan geoloqlar Hind okeanının cənub hissəsində yeni qitənin yaranması prosesini aşkarlayıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Terra Nova yazır.
Alimlər bildirirlər ki, Antarktida yaxınlığındakı Kergelen arxipelaqının yaxınlığında adətən digər qitələrin sahillərində rast gəlinən qitə səthi (qabığı) toplanır. O, maqmadan əmələ gəlir, yəni dərinlikdən qalxaraq üst hissədə qranit təbəqə yaradır.
Geoloqlar belə fikirləşirlər ki, bir neçə milyon il sonra Hindistandan bir qədər cənubda daha bir qitə peyda olacaq.